"Caspian Awards"-ın tarixi bəlli oldu

12-04-2019, 13:07
A+
A-

"Caspian Events Group"-un təşkilatçılığı ilə "Caspian Awards" mükafatlandırma mərasiminin keçiriləcəyi gün bəlli oldu.

Magazinews.Az-a təşkilat komitəsinin verdiyi məlumata görə, tədbir 12 may tarixində Park İnn Hoteldə keçiriləcək. 

"Caspian Awards" mükafatı sosial şəbəkələrdə keçirilən səsvermə və təşkilatı komitənin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən, öz sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, mükafatçılar sırasında tanınmış müğənnilər, aktyorlar, iş adamları, bloggerler, idmançılar və s. öz sahəsində uğur qazanan insanlar iştirak edəcəklər.

Mükafatçılar sırasında digər ölkələrdən də məhşur simaların iştirak edəcəyi bildirilib. 

"Caspian Awards" mükafatlandırma mərasiminin keçirilməsində məqsəd müxtəlif sahədən olan insanları motivasiya etmək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.