LİFE.az-ın (LİFE Azerbaijan) 15 yaşı tamam olur

30-04-2019, 14:14
A+
A-

Azərbaycanın birinci xəbər portalarından biri olan LİFE.az (LİFE Azerbaijan) İnformasiya portalının fəaliyyətə başlamasından 15 il ötür. 
 
Magazinews.Az-ın məlumatına görə, www.life.az resursu 2004-ci il aprel ayının 29-dan internet istifadəçilərinin ixtiyarındadır. Azərbaycanda rusdilində ən çox oxunan informasiya saytlarından biridir. 
 
Portal gündəlik və operativ xəbərlər ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, fikrlər və sair maraqlı materiallar təqdim
edir. 
 
Saytda ölkə və dünyanın maraqlı hadisələri haqda yazılar və gündəmin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. LİFE.az siyasət, sosial, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün xəbər, müsahibə, reportaj və yazılar bölüşür. 
 
Hazırda LİFE.az-ın jurnal və "daycest" portalı üzrə işini davam etdirərək, maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə populyarlıq qazanıb. Portal bu günədək minlərlə materialı oxuculara təqdim edib.
 
LİFE.az-ın 15 yaşı ilə əlaqədar təbrik edirik! İşlərində müvəffəqiyyətlər arzulayırıq!