“Metropark” 3 gün bağlı olacaq, lakin kinoteatr işləyəcək

29-07-2019, 13:20
A+
A-

Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzindəki yanğınla bağlı, mərkəzə giriş 3 gün ərzində bağlı olacaq. 


Magazinews.Az xəbər verir ki, bu barədə məlumatı “Park Cinema Metropark”ın mətbuat xidməti verib.

Məlumata əsasən, “Metropark”da gerçəkləşən təmir-bərpa işlərinə baxmayaraq, “Park Cinema Metropark” kinoteatrının iş rejimində heç bir dəyişiklik yoxdur.

Kinoteatr isə öz fəaliyyətinə davam edir, 3 gün ərzində giriş “parkinq” tərəfindən təşkil olunacaq.