“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

17-01-2020, 18:34
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.

Sözügedən filmin rejissoru Vahid Mustafayevdir. Baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var.

Dramın mərkəzində isə onların anası - Xədicədir.

Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.