Leyla Əliyeva doğum gününü qeyd edir – FOTOLAR

3-07-2020, 12:05
A+
A-

Bu gün  Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Baku jurnalının təsisçisi və baş redaktoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın doğum günüdür. 


Magazinews.Az xəbər verir ki,  3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olan Leyla Əliyeva orta təhsilini Bakıda 160 saylı məktəbdə  alıb.

L.Əliyeva  ali təhsilini isə İsveçrə və Böyük Britaniyada almışdır. 2006-2008-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.

Bundan əlavə, o, 2010-cu ilə qədər Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, 2011-ci il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diasporun inkişafı sahəsindəki xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Leyla Əliyeva 3 uşaq anasıdır. Onun Mikayıl, Əli və Əminə adlı övladları var.