Bakının bəzi yerlərində yenidən postlar quruldu

25-07-2020, 11:58
A+
A-

Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub.

Oxu.Az-ın məlumatına görə, zərurət olan ərazilərdə postlar bərpa edilir, bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları müxtəlif ərazilərdə, məhəllədaxili hissələrdə nəzarəti gücləndiriblər. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv etmişdi.