Bu gündən bu qadağalar ləğv olundu

27-07-2020, 11:05
A+
A-

Xəbər verdiyimiz kimi, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılıb.

BiG.AZ xəbər verir ki, bu gün səhər saat 6-dan etibarən müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyətinə qoyulan qadağa başa çatır.

Beləliklə, bu gün ictimai nəqliyyat yenidən əvvəlki qaydada vətəndaşların xidmətində olacaq.