Hikmət Hacıyev Ermənistana raket sistemlərinin daşınmasından yazdı

11-10-2020, 03:38
A+
A-

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistana raket sistemləri daşınmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, dövlət rəsmisi bu barədə Tvitter səhifəsində yazıb:

“Sanksiya altında olan Atlantis Armenian Airlines aviaşirkəti mülki təyyarələrlə humanitar yardım altında Ermənistana raket və raket sistemləri daşıyır. Bu isə Çikaqo Konvensiyasının və   Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) qaydalarının açıq şəkildə pozulmasıdır”.