İlham Əliyev: “Paşinyan bu sənədi dəmir yumruğun hesabına imzalayır, bu bəyanat bizim şanlı qələbəmizdir”

10-11-2020, 09:48
A+
A-

“Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat üç ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

O qeyd edib:

“Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar.
Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir”.

Ali Baş Komandan onu da əlavə edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb:
“Bu bəyanat uzun illər davam edən işğala son qoyur”.

“Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir, ancaq hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan, hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır”. 


Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanın son sənədi imzalamaması haqqında deyib. 


O qeyd edib: 


“Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı, qapalı, kameralardan uzaq yerdə, qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Dəmir yumruğun hesabına imzalayır”.



///oxu.az