AXDG QSC-nin Vətən müharibəsində təltif olunan daha bir qəhrəmanı

18-05-2021, 13:06
A+
A-

AXDG QSC XDND idarəsinin daha bir əməkdaşı Vətən müharibəsindəki şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərənclamları ilə Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.


Müstəqil.Az-ın DSD İB-indən əldə etdiyi məlumata istinad edərək xəbər verir ki, Əsgərov Zaur  Vətən müharibəsi başlayanda XDND idarəsinin “Nerça” yedək – yük gəmisində matorçu vəzifəsində çalışırdı. Elə müharibəyə də bu gəmidən, könüllü olaraq 2020-ci ilin  sentyabr ayının 29-da yola düşüb.

Qəhrəman dənizçimizi yaxından tanıyaq. O, 1988-ci ilin mart ayının 11 -də Bakı şəhərində, Yasamal rayonun da anadan olub. Elə bu rayonun Salatın Əsgərova küçəsi 66 ünvanda böyüyüb. 1995-ci ildə 18 saylı orta məktəbə gedib. 2006-cı ildə orta məktəbi bitirən Zaur həqiqi hərbi xidmətə yola düşüb. 2008-2009 – cu illərdə hərbi xidməti bitirdikdən sonra 4 saylı peşə liseyində təhsil aləb. 2013-2017-ci illərdə  isə Odessa Gəmi Mühəndisləri  İnistitunda ali təhsil alıb. DND – də əmək fəaliyyətinə də elə matorçu olaraq inistitu bitirdiyi ildən başlayıb. Hazırda isə XDND idarəsində, “Nerça” gəmisində şalışır.

Onun döyüş yolu Füzuli, Xocavənd, Şuşa rayonlarında keçib. Döyüşdə fərqlənib. Döyüşçü dostlarına qarşı necə mehriban olubsa, düşmənə qarşı da o cür amansızlığı, qorxmazlığı ilə seçilib. Başqa cür ola da bilməzdi. Axı döyüş Vətənin tama azadlığı uğrunda idi.

Qəhrəman dənizçimizə, döyüşdə qazandığı uğrlara gərə təşəkkür edir, dənizdə isə müvəffəqiyyətlər arzu edirik.


MAGAZINEWS.AZ