"Beauty Star Azerbaijan-2"-nin Qala gecəsi keçirildi

1-03-2019, 14:20
A+
A-

“Avand production”-nun təşkilatçılığı ilə "Beauty Star Azerbaijan -2" layihəsinin qala gecəsi baş tutub.

Magazinews.Az-ın məlumatına görə, tədbirdə ilin trend saç düzümləri, make up-u, fashion geyimləri nümayiş olunub. Yarışmada paytaxt Bakıdan əlavə, regionlardan qoşulan iştirakçılar da olub . Bir-birindən maraqlı hadisələrlə və sürprizlərlə yadda qalan gecədə tanınmış müğənnilər, stilistlər, vizajistlər, aktyorlar, bloggerlər iştirak ediblər.

Layihənin münsiflər heyyətində məhşur simalardan Əməkdar artistlər Gülüstan Əliyeva , Elza Seyidcahan , rəqqasə Fatimə Fətəliyeva və başqaları yer alıb.

Gecənin aparıcısı isə Azər Azər Axşam olub.

Make up kateqoriyası üzrə 1-ci yeri Sevinc Məmmədova, Hair Stilist kateqoriyası üzrə 1-ci yeri isə Gəncə şəhərindən Aygün İsmayilova tutub. 

Qeyd edək ki, qaliblər sevinc göz yaşlarını saxlaya bilməyiblər. Layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılıb və müsbət rəylər qazanıb.

Xatırladaq ki, sözügedən yarışma ötən il də keçirilib. Layihəni təşkil edənlər Ayaz Məmmədov və Tural Ələkbərovdur.

Layihənin informasiya dəstəkçisi Magazinews.Az saytıdır.