“İlqar Aliyev Models Fashion Night 2019”- baş tutdu"

27-08-2019, 14:44
A+
A-

Şıx çimərliyində yerləşən “Mambo Beach Club & Restaurant”-da “İA Models” məktəbinin  “İlqar Aliyev Models Fashion Night 2019”-adlı moda gecəsi keçirilib.

Magazinews.az xəbər verir ki, artıq 3-cü ildir keçirilən, layihə böyük marağa səbəb olub.

Keçirilən gecənin məqsəd yeni modelleri insanlara təqdim etmək, Azərbaycanda model sənətinə olan fikri yaxşı tərəfə yönəltmək və inkişaf etdirməkdir.

Tanınmış simaların, müğənni və aktyorlar, stilistlər, modellər və media nümayəndələrinin qatıldığı gecə rəngarən görüntülərə şahidlik edib.

Gecənin aparıcılığı Cavid Gül və Şəhriyar Əbilova həvalə edilmişdi.

Daha sonra tədbirin təşkilatçısı İlqar Əliyevi səhnəyə dəvət olunub. O, gecəyə gələn qonaqları salamlayaraq, tədbir haqqında məlumat verib.

Tədbirdə model məktəbinin 4 aylıq kursunu bitirən 5 yaşdan yuxarı 40-a yaxın tələbə podiuma çıxıb. Tələbələrə diplom verilib.

Gecəyə Dj Chinanın musiqiləri ilə davam edilib.

Qeyd edək ki, İlqar Aliyev ”Best Model of Azerbaijan 2004” milli gozəllik və model yarışmasının qalibidir. Artıq 16 ildir ki, bu sahədə çalışır. Bir çox reklam və seriallarda çəkilib. Məşhur brendlərin defilələrində yer alıb və siması olub. Azərbaycanı dünyada təmsil edən ilk modellərdəndir.