"Miss & Mister Top Model Azerbaijan 2020"in ilk kastinqi keçirildi

17-12-2019, 14:07
A+
A-

"Miss & Misster Top Model Azerbaijan 2020" Milli top-model müsabiqəsinin  ilk seçim mərhələsi keçirilib. 


Magazinews.Az xəbər verir ki, yarışmanın final mərhəlində iştirak etməyə iddialı olan  xanım və bəy namizədlər yarışmanın jüri heyətinin qarşısına çıxıblar. 

Xatırladaq ki, "Miss & Mister Top Model Azerbaijan" müsabiqəsində həm Azərbaycanda, həm də xaricdə tanınan, yeni başlayan və ya artıq model sahəsində təcrübəsi olan insanların qatıla bilirlər.

Müsabiqənin final mərhələsinə seçilən namizədlərə dəyərli hədiyyələr təqdim olunacaq. Onların Azərbaycan şou-biznesi və moda sahəsində fəaliyyəti üçün şərait yaradılacaqdır.

Qeyd edək ki, "Miss Top Model Azerbaijan 2020" və "Mister Top Model Azerbaijan 2020" titullarının sahibləri Azərbaycanı "Miss & Mister Top Model of the World" beynəlxalq müsabiqəsində təmsil etmək imkanı əldə edəcəklər.

Ətraflı məlumat üçün müsabiqənin instagramdakı rəsmi səhifəsinə müraciət edə bilərsiniz:

@missmistertopmodel.az.

Nəzərinizə çatdıraq ki, 21 iyun tarixində keçirilən "Miss & Mister Top Model Azerbaijan 2019"un qalibləri Xəyalə Əsgərova və Fərrux Rəcəbov olub.

Layihənin informasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az və Magazinews.Az saytlarına məxsusdur.

Qeyd edək ki, layihənin rəhbəri Əli Rzayevdir. 


FOTOLAR: Ramin Qurbanov