“Beauty Party Baku” gözəllik gecəsi keçirildi - FOTO+VIDEO

21-01-2020, 15:42
A+
A-

Bir müddətdir sosial şəbəkələrdə anonsları gedən, çoxdan gözlənilən “Beauty Party Baku” gözəllik gecəsi nəhayət ki baş tutdu. 

Magazinews.Az xəbər verir ki, şəhərin məşhur hotellərinin birində keçirilən glamur gecəsi rəngarəng görüntülərə şahidlik edib. Tədbir zamanı dəb və gözəllik sahəsinin məşhur simaları cəzibədar obrazlarda zövqləri oxşayıblar.

Gecəyə bir çox məşhur simalar axın edib. Onların sırasında Xalq artisti Məleykə Əsədova, tanınmış modelyerlər Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, imicmeyker Mübariz, rəssam-vizajist Nərmin İbrahimova, prodüser Mədinə Məlik, rəqqasələr Fatimə Fətəliyeva, Renka Ağamuradova, stilist Samiraldo və estradamızın bir sıra tanınmış ifaçıları Ədalət Şükürov, Vasif Məhərrəmli, Nərmin Kərimbəyova, Sevinc Ağasiyeva, bloqerlər və başqaları olub.

“Dress Code”u “fashion style” olan gecədə qonaqlar zövqlü geyimləri ilə gecəyə gözəllik qatıblar.

Fərqli obrazlarda olan iştirakçılar və bu obrazları yaradan mütəxəssislər də nominasiyalar üzrə mükafatlara layiq görülüblər. Onların arasında Madame Beauty Mələk obrazı ilə tədbirə rəngarənglik bəxş edib. Mags Beauty gözəllik studiyası tərəfindən Merlin Monro obrazı xüsusi ilə yadda qalıb. Banu VİP studio tərəfindən maraqlı obrazlarla yanaşı, simaları olan rəqqasə Fatima Fatalinin obrazı da xüsusi gözəllik qatdı. 

Fərqli obrazlarda olan iştirakçılar və bu obrazları yaradan mütəxəssislər nominasiyalar üzrə mükafatlara layiq görülüblər.

Gecənin sonunda qalib üçün ayrılan tac öz sahibinə qovuşub. Tacın sahibi isə bloger Aysel İsmayılbəyli olub. Tədbir zamanı gözəllik ustadlığı ilə əlaqəli məşhur qaş mütəxəssisi Kifayət Cəfərova "Baxışların Tacı" nominasiyası ilə əlaqəli olaraq xüsusi Tacla təltif olundu. 

Daha sonra digər iştirakçılara Schwarzkopf Professional tərəfindən hədiyyələri təqdim edilib.  

Qeyd edək ki, tədbirin təşkilatçıları Kənan Rəhimov və Samirə Rəhimovadır.

Tədbirin informasiya dəstəkçilərindən biri Magazinews.Az saytıdır.


Tural Hüseyn
Magazinews.Az