“İlqar Aliyev Models Fashion Night 2018”- baş tutdu"

24-08-2018, 20:32
A+
A-


17 avqust  tarixində Şıx çimərliyində yerləşən “Mambo Beach Club & Restaurant”-da “İlqar Aliyev Models Fashion Night 2018”-adlı möhtəşəm mərasim baş tutub.

Magazinews.az xəbər verir ki, artıq 2-ci ildir keçirilməyinə baxmayaraq, qısa zamanda layihəyə maraq kifayət qədər çoxalıb. Məqsəd yeni modelleri insanlara təqdim etmək, Azərbaycanda model sənətinə olan fikri yaxşı tərəfə yönəltmək və inkişaf etdirməkdir.  Bir çox məşhur simalar, müğənni, model, fotoqraf, rejissor, stilist ve aktyorların da qatıldığı mərasim sürprizlərlə dolu olub.
Gecənin aparıcısı Cavid Gül ilk olaraq tədbiri ərsəyə gətirən İlqar Əliyevi səhnəyə dəvət edib. İlqar Əliyev hamını salamlayıb. O, bildirib ki, artıq iki ildir özünün “İlqar Aliyev Model School” adlı model məktəbini açıb, yeni modellər yetişdirir. O, əlavə edib ki, model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil, burada həm yerişinə-duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, istifadə etmək istəyənlər, kamera ile düzgün işləmək istəyənlər, düzgün bədən dilinin olması, özünü doğru şəkildə təqdim etmək istəyən, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Bu defilədə siz bəlkədə gələcəyin aktyor, aparıcı və modellerini görəcəksiniz.

(Nəzərinizə çatdıraq ki, İlqar Aliyev ” Best Model of Azerbaijan 2004” milli gozəllik və model yarışmasının qalibidir. Artıq 15 ildir ki, bu sahədə çalışır. Bir çox reklam və seriallarda çəkilib. Məşhur brendlərin defilələrində yer alıb və siması olub. Azərbaycanı dünyada təmsil edən ilk modellərdəndir.)

Daha sonra İlqar Aliyev model məktəbinin 4 aylıq kurslarını bitirən 5-25 yaş arası, 40-a yaxın tələbə ilk dəfə öz nümayişlərini göstəriblər. İlk olaraq modellər podiuma Paulmark & Ladysharm brendinin geyimləri ilə çıxıblar. Ardınca fərqli bir defilə olub. Modeller məkana gətirilən "Harley Davidson Baku"-nun motosikletləri fonunda həmin brendin geyimləri ilə podiuma çıxıblar. Bütün modellerin ayaqqabıları isə yerli brend olan "Çəkməci Baku"-dan təqdim olunmuşdu. Modellərin saç düzümləri və makiyajları dünya brendi olan "Schwarscopf Azerbaijan"- gözəllik salonunun professional ustaları tərəfindən edilmişdi.
Sevilən müğənnilər Yaşar Yusub və Ramil Nabran öz mahnıları ilə tədbirə rəng qatıblar. Gecənin sonuna yaxın İlqar Əliyev tərəfindən modellərə diplomlar, mərasimin təşkilatçılığında kömək olan şirkətlərə isə təşəkkürnamələr təqdim olunub.
Sonda "Sirr Şirniyyat evi"- dən hədiyyə gələn böyük tort kəsilib. Mərasimin sonu isə Dj China ilə davam edib.

Diplom alan tələbələr: 1. Kamran Alməmmədov 2. Rəşad Heydərzadə 3. Tural İşıklı 4. Uğur Əlizadə 5. Qurban Murtuzov 6. Hilal İbrahimov 7. Aytac Cəfərova 8. Aysel Sadıxova 9. Fidan Səmədova 10. Uarda Əhədova 11. Feruzjon Xıdırov 12. Azər Cəfərzadə 13. Şahin Bayramov 14. Əfsanə Muradzadə 15. Fərid Məhərrəmov 16. Orxan Lotfipur Nəsudivər 17. Umxanım Sadıqova 18. Xəyal Balabəyli 19. Nicat Qasımov 20. Banu Məhərrəmova 21. Mehin Əsədli 22. Kamal Əliyev 23. Leyla Salmanzadə 24. Sına Izadı Sharafeh 25. Gunel Dəmirova 26. Leyla Abiyeva 27. Raul qazizadə 28. Aişa Zeynalova 29. Aysel Əliyeva 30. Sabir Əliyev 31. Nərmin Rəhimova 32. Arzu İsayeva 33. Kənan Əskərli 34. Yusif Abdullayev 35. Əsmər Məmmədova 36. Aysel Məmmədova 37. Rüstəm Məmmədov 38. Aynur İbrahimova 39. Hakan Efe Can Kasarer 40. İlqar Aruslamov 41. İlqar İsgəndərov 42. Sədaqət Salmanova.

Təşkilatı dəstək: Bəhruz Qəlbinur,  Ibo Dizayner, Carousel Wedding&Party, Vmf.az, Byzade, Myprint, Novruz İsmayıl, Maxdesign Starkids Group

Foto və Video görüntülər: Rüstam Fərman Group, Nəriman İsmayılov, Elnur Eldaroğlu, Boom Group, Həsrət, Məhəbbət Nəsirov, Grasia Photographer, Rəşad Photo, Vüsal Verdiyev.

İnformasiya dəstəyi: azpress.az, baku.ws, bakupost.az, big.az, frame.az, 7news.az, showxeber, FTV. 

Qeyd edək ki, "İlqar Aliyev Model Məktəbi"-nə qeydiyyat avqust ayının 25-dən başlayır.