“CinemaPlus”da Konor Makqreqor ilə Həbib Nurməhəmmədovun döyüşü nümayiş olunacaq"

30-09-2018, 17:00
A+
A-

Oktyabrın 7-i səhər saat 07:00-da  “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində çoxdan gözlənilən MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq.

Magazinews.Az xəbər verir ki, döyüş "UFC" çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçiriləcək.    
"UFC-229" turnirinin keçirilmə yeri Paradiz, Nevada ştatı, Las-Veqasın şəhərətrafı ərazisi “Ti-Mobayl-arena” olacaq. 
Konor Makqreqor  yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, 3-də məğlub olub.  
Həbib Nurməhəmmədov isə "UFC"-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb. 
Biletlərin qiyməti 10 AZN, VIP  - 20 AZN təşkil edir. Tələsin, biletlərin sayı məhduddur!
 
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!