“Jara-2019”un iştirakçılarının adları bəlli oldu - VİDEO

13-02-2019, 13:01
A+
A-

“Jara-2019” beynəlxalq musiqi festivalında iştirak edəcək Rusiyalı ulduzların adları açıqlanıb.

Bu barədə məlumat “Jara”nın rəsmi “Instagram” hesabında məlumat verilib. İyulun 25-dən 28-dək keçiriləcək tədbirin açılışında Filipp Kirkorov, Loboda, EMİN, Olqa Buzova, Burito, Manatik, NK kimi məşhur ulduzlar çıxış edəcək.

Festivalın ikinci günü isə “Lyube” qrupunun 30 illiyinə həsr olunacaq. Eyni zamanda, səhnədə Filipp Kirkorov, Mitya Fomin, Viktoriya Dayneko, Alyona Apina, Nataşa Korolyova, “Qorod 312”, “Ruki vverx”, Hi-Fi, “Diskoteka Avariya”, “Na-Na”  “Otpetıye moşenniki” “İvanuşki international”, “Fabrika” qrupları yer alacaq.

İyulun 27-si Rusiyanın məşhur müğənni Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi baş tutacaq.

Tədbirin final günündə isə - Jah Khalib, HammaAli & Navai, Lyoşa Svik, Tima Belorusskix, CYGO, “Black star” leybl altında fəaliyyət göstərən ulduzlar tamaşaçıların qarşısına çıxacaq.

Bundan başqa, festival ərzində Azərbaycan estradasının ən parlaq simalarının da çıxışları olacaq.

Xatırladaq ki, “Jara” beynəlxalq musiqi festivalı Azərbaycanda 2016-cı ildən keçirilməyə başlayıb.