"İncəsənət, Futbol və Videosənət" sərgisi baş tutub"

21-06-2018, 14:35
A+
A-
Magazinews.az xəbər verir ki, Goethe-Zentrum Baku "İncəsənət və Futbol" layihəsini təqdim edir. Goethe-Zentrum Baku-nun direktoru Alfons Huqun kuratoru olduğu layihə 10 video-çarx, futbol oyunlarının canlı nümayişi, silsilə konsertlərdən ibarət beynəlxalq video sənət sərgisidir. Tədbirlər 14 iyun-15 iyul tarixinə qədər Kapellhausda keçiriləcək.

Qeyd edək ki, "İncəsənət və Futbol" sərgisi hər gün açıqdır, 14:00-20:00.
İctimai nümayiş və konsertlər zamanı sərgi saatları uzadılır. Bütün tədbirlərə giriş sərbəstdir.
Ünvan: Kapellhaus, 28 may, 35.