“İNBA Qlobal Azərbaycan”ın ilk seminarı oldu

28-01-2020, 14:18
A+
A-

26 yanvar tarixində “İNBA Qlobal Azərbaycan” və “GFHC Academy Azərbaycan”ın təşkilatçılığı ilə RooF Fitness mərkəzində "INBA Seminar #1" (ilk seminar) baş tutub.

Görüş zamanı dayaq-hərəkət sistemi, qan-damar sistemi, biomexanika, kinesologiya, metabolizma və enerji endokrin sistem, idman qida əlavələri, dopinqlə mübarizə mövzuları müzakirə olunub.

Sözügedən seminarda Elnur Şıxəliyev, Elvin Babayev, İsmayıl Həbiyev, Maqsud Həsənov, İlkin İsmayılov, Asif Yusifov, Qalib Mirzoyev, Sərvan Həsənov, Kənan Məmmədov, Vurğun Mütəllimov və Mahir Talıbov çıxış ediblər.

Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Bundan əlavə, iştirakçıları üçün “Azerbaijan Strictcurl”un dəstəyi ilə "Strictcurl" idman növü üzrə həvəskar yarış da keçirilib. Yarışa 70 və 90 kq-a qədər çəki dərəcəsində olan iştirakçılar qatılıblar. Sonda yarışın qaliblərinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, bu tip seminarların gələcəkdə sıxca keçiriləcəyi söylənildi.


Tural Hüseyn