Mas-reslinq üzrə seminar keçirildi – FOTO/VİDEO

11-02-2020, 15:49
A+
A-

9 fevral tarixində Mas-reslinq federasiyası 2020-ci ildə ilk seminarını keçirib. 

Seminarı təşkil etməkdə məqsəd Bakı kuboku yarışına hazırlıq, eləcə də gənc idmançıların maarifləndirilməsi, qaydaları tam mənimsəməsi Mas-reslinq idman növünün təbliğinin çoxalması, potensiallı gənclərin üzə çıxarılması, gənclərin idmana cəlb olunması xarakteri daşıyır.

Bundan əlavə, lazımlı məşqlər, yarışın qaydaları, icra texnikası, qayda pozuntuları, eləcə də qarşıdakı yarışlar barədə ətraflı məlumatlar verilib. 

Seminarda tədbirin təşkilatçısı və aparıcısı Mahir Talıbov, milli yığma komandanın üzvləri Xəyyam Orucov, Vüsal Orucov, Mikayıl Mikayıllı,Tərlan Əliyev, digər idman növləri üzrə Dünya çempionları, Respublika çempionları və 20-yə yaxın gənc idmançılar iştirak ediblər. Daha sonra iştirakçılar aralarında yarış keçirərək güclərini sınayıblar. 

Bu cür seminar və məşq toplanışlarının daha da artıracağını qeyd edən Mas-reslinq federasiyasının yeniyetmə və gənclərdən ibarət yığmasının baş məşqçisi, eyni zamanda bu idman növü üzrə respublika mükafatçısı, dünya kubokunun iştirakçısı, müxtəlif beynəlxalq turnirlərin qalibi Mahir Talıbov bu idman növü və seminarları barədə saytımıza müsahibə verib.

“Federasiya olaraq idmançılara dəstək məqsədilə tez-tez seminarlar, yeni yarışlar keçirməyə çalışırıq. Bu gün sayca 4-cü seminarımızı keçirtdik. Məqsədimiz bu idmanın inkişafı, gənclərin idmana cəlb olunması, potensiallı gənclərin üzə çıxarılması ilə bağlı. Artıq görüşlərimizə maraq çox artıb. Mas-reslinq yakut türklərinin qədim idman növüdür. Bu adət halını almışdır. Onların çubuq çəkmə ənənəsi var. Bunun kökü odun qoparmaqdan gəlir. Güclü şəxs taxtanın komanda ilə rəqibdən almalıdır. Hazırda bu idman yarışı halına salınır. Beynəlxalq federasiyası var. Müxtəlif ölkələrdə yarışları keçirilir. 2017ci ildə Avropa, 2019-cu ildə isə Dünya çempionatının birinci mərhələsi Azərbaycanda keçirildi. Bizim Dünya və Avropa çempionlarımız var. Dünya reytinqində sıralamada olan 3 cü sırada olan Cahangir Yaqubov kimi atletimiz var. Bu elə idman növüdür ki, kompleks yanaşma önəmlidir. Zəif nöqtələr olmamalıdır. İstər əzlələr, istər oynaqlar, məşq yükü və fiziki güc hamısı tam bərabər olmalıdır. İdmançılara həftədə 3-4 dəfə məşqdən sonra 2 dəfə fiziki realibitasiya - idman fizioterapiyasına əsasən məşqlər keçirilir. Bu əzələlərin dartılmağı, bərpa olunması üçün vacibdir. Bərpa nə qədər yaxşıdırsa, nəticələr bir o qədər yaxşı olacaq. Yarışlara gəldikdə isə idmançılar çəkilər üzrə bir-birilə qarşılaşır. Fevralın 22-si Abşeron Olimpiya Kompleksində “Bakı kuboku” keçiriləcək. 12-14 / 15-17 /18-21/ yaş qrupları arasında gənclər və kişilərin açıq Bakı kuboku çempionatı keçiriləcək. Yarışa maraq böyükdür. Hazırda dəvətnamələr göndərilir. 10 regiondan 100-150-yə yaxın atletin iştirakı gözlənilir.

Mili yığma komandanın tərkibində Avropa mükafatçıları, Dünya çempionatının finalçıları var. Mas-reslinq idmançıları siyahısına 
Cahangir Yaqubov, Arif Şahlarov, Mahir Ağayev, Sultan Ağayev, Xəyyam Orucov, Vüsal Orucov, qızlardan isə Günel Vəliyeva, Şəfəq Məmmədova kimi idmançılarımız var. Öz tələbələrimdən komandamda 10 respublika mükafatçısı yer alır. Onlardan ikisi qızıl, üçü gümüş, beşi isə bürünc olmaqla, dörd nəfəri milli yığma komandanın tərkibindədirlər. Bakı çempionatında təşkilatçılıq yüksək səviyyədə olacaq. 2020ci ili cənab prezident könüllülər ili elan edib. Bizim yarışa da könüllülərimiz cəlb olunacaqdır. Qarşıda bizi avqust ayında köçəri xalqların dünya çempionatı gözləyir”. 

Qeyd edək ki, bu tip seminarlar ənənəvi xarakter daşıyacaq. Görüşlərdə Respublika çempionları, Avropa və Dünya çempionatı mükafatçıları olacaqlar. Yarışda iştirak etmək istəyən və maraqlanan hər kəs dəvətlidir. 


Tural Hüseyn
Magazinews.Az