Aerobika, Biznes Təlimləri,Yoga, ziyalılar və ulduzlar gənclər üçün evdə!

4-05-2020, 23:41
A+
A-

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  “Addım” Gənclər Təşkilatı gənclərin maariflənməsini və asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün “Evdə Addım-la” layihəsinə start verir.


Magazinews.Az xəbər verir ki, layihə çərçivəsində gənclərin karantin günlərindəki zamanını səmərəli keçirmək üçün maarifləndirmə, əyləncə, informasiya və s. istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulmuşdur.

Gənclər və İdman Nazirliyinin və “Addım” təşkilatının sosial media şəbəkələrində gündəlik proqramlar həyata keçiriləcəkdir.

Belə ki, günün müəyyən olunmuş saatlarında fitnes proqramları, rəqs, yoqa dərsləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən məsləhətlər, tövsiyələr, motivasiya və biznes təlimləri, axşam saatlarında isə ulduzlarla karaoke, ziyalılarla canlı yayımda söhbətlər və s. nəzərdə tutulmuşdur.

Layihənin pandemiya dövründə karantin günlərinə uyğun davam etdirilməsi nəzərdə tutulub.

Eləcə də layihə çərçivəsində #Evdəaddımla həştəqi ilə evdə çəkilən maraqlı və kreativ videoların karantin müddəti bitdikdən sonra mükafatlandırılması üçün müsabiqə keçiriləcək.