Maykl Essyen Azərbaycanla vidalaşdı

19-07-2020, 14:33
A+
A-

“Səbail”dən ayrılan Maykl Essyen Azərbaycanla vidalaşıb.

38 yaşlı ulduz futbolçu İnstaqram səhifəsində paylaşım edib.

Qanalı yarımmüdafiəçi Ermənistan – Azərbaycan sərhədində baş verənlərlə bağlı yenidən ölkəmizə dəstəyini göstərib və burada oynamağın onun üçün xoş olduğunu bildirib: "Güclü və təhlükəsiz olun. Yenidən görüşənədək".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi.


///Qafqazinfo