“Qarabağ”ın yeni transferi: “Oyunumla özümü azarkeşlərə sevdirəcəyəm” - FOTOLAR

26-07-2020, 15:07
A+
A-

“Təbii ki, “Qarabağ” haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi, 30 yaşlı serbiyalı yarımmüdafiəçi Uroş Matiç deyib. 

O bildirib ki, “Qarabağ”ın müntəzəm olaraq, avrokuboklarda çıxış etməsi bu klubu seçməyində əsas rol oynayıb:
“Artıq “Qarabağ”ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəyəm”.

Qeyd edək ki, yardımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə bağlanılıb. Danimarkanın “Kopenhagen” klubuna məxsus U.Matiç bundan əvvəl “Apoel”də icarə əsasında forma geyinib və keçən il avroliqada “Qarabağ”a qarşı matçda oynayıb.