“Neftçi”nin rəqibləri - “Milan”, “Tottenhem”, “Qalatasaray”

28-08-2020, 11:20
A+
A-

Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq 72 komandadan 70-i məlumdur.

“Qafqazinfo” xəbər verir ki, onlardan 45-i 1-ci mərhələnin qalibi, 25-i isə mübarizəyə birbaşa 2-ci raunddan başlayacaq komandalardır.
Artıq 70 komandanın püşkatmada hansı səbətdə yer alacağı bəllidir.

Birinci mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu məğlub edərək (2:1) 2-ci tura yüksələn təmsilçimiz “Neftçi” səpələnməmişlər səbətində olacaq. Bu isə “ağ-qaralar”ın güclü komandalardan birinə rəqib olacağı deməkdir. Potensial rəqiblər arasında “Tottenhem”, “Milan”, "Qalatasaray", “Volfsburq” kimi komandalar da var.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq.

Avropa Liqası
2-ci təsnifat mərhələsi

Səpələnmişlər
“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
APOEL (Kipr)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Malmö” (İsveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Styaua” (Rumıniya)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Reyms” (Fransa)
“Fehervar” (Macarıstan)
“Rio Ave” (Portuqaliya)
“Dinamo” (M, Rusiya)
“Slovan” (Çexiya)
“Hayduk” (Xorvatiya)
“Şkendiya” (Şimali Makedoniya)
“Kolos” (Ukrayna)
“Villem” (Niderland)
TNS (Uels)
“Yablonets” (Çexiya)
“Lex” (Polşa)
“Hartberq” (Avstriya)
“Aberdin” (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya)