Millimiz məğlubiyyətlə başladı - Yenilənib + Fotolar + Video

6-09-2020, 11:00
A+
A-

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə qarşılaşıb.

Matçı İngiltərədən olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Kris Kavanaqdır. Ona Daniel Riçard Kuk və Sian Massey kömək ediblər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirib.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr

Azərbaycan – Lüksemburq 1:1
Qol: R.Şeydayev, 43 - A.Krivotsyuk
Qırmızı vərəqə: M.Emreli, 26.
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni.
Bakı Olimpiya Stadionu.

***
Hakim qayda pozuntusuna görə Mahir Emreliyə qırmızı vərəqə verib
***
43-cü dəqiqədə Azərbaycan millisi hesabı açıb. Ramil Şeydayev başla topu rəqib qapısından keçirib - 1:0.

***
48-ci dəqiqədə rəqib hesabı bərabərləşdirib. Anton Krivotsyuk avtoqola imza atıb - 1:1.

***
72-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən qonaqların oyunçusu Gerson Rodriges komandasını hesabda önə çıxarıb - 2:1. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

"Qafqazinfo" qarşılaşmanın videoicmalını təqdim edir: