Milli komandamız Maksim Medvedevin yeganə qolu ilə qələbə qazandı - FOTO/VİDEO

9-09-2020, 11:05
A+
A-

UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupu çərçivəsində keçirilən Kipr - Azərbaycan oyunu millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu kapitanımız Maksim Medvedev 29-cu dəqiqədə vurub. Bununla da millimiz Kiprlə ilk rəsmi görüşündən qalib ayrılıb.

Bu həm də baş məşqçi Canni De Byazinin yığmamızla ilk qələbəsi olub.

Qrupun digər matçında Lüksemburq Monteneqroya ilə 0:1 uduzub.

Hazırda komandamız üç xalla qrup üçüncüsüdür.