“Qarabağ” üç cavabsız qolla ardıcıl yeddinci dəfə avrokubokların qrup mərhələsində

2-10-2020, 11:15
A+
A-

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb.

Komandamız ardıcıl yeddinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşmək üçün meydana çıxdığı oyundarəqibinə darmadağınla qalib gəlib.

Ağdam təmsilçisi 3 cavabsız qolla qələbəni və qrup mərhələsinə vəsiqəni təmin edib.


“Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3

Qollar: Patrik Andrade, 50, Zubir, 62, Ozobiç, 70