“Neftçi” çempion! - Video

20-05-2021, 12:15
A+
A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Turun, eləcə də mövsümün qapanış matçı lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutub.

Mövsümün çempionunu müəyyənləşdirən Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edirdi. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıydı. “Qızıl oyun”un taleyini 90-cı dəqiqədə Ahmed Ahmedovun vurduğu yeganə qol həll edib. “Neftçi” bu qələbə sayəsində uzun fasilədən sonra Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası
28-ci tur
19 may

“Neftçi” – “Qarabağ” 1:0
Qol: A.Ahmedov, 90.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Bakı. “Dalğa Arena”, 20:30.


///Qafqazinfo