"lNBA Hungarian Grand-Prix 2021"-də Milli komandamız 3 medal qazandı - FOTOLAR

8-06-2021, 13:45
A+
A-

Natural Bodibildinq və Fitness üzrə Macarıstan Respublikasının Tatabanya şəhərində 04-05 iyun 2021-ci il tarixdə keçirilən dünya ölkələri üzrə Macarıstan Qran-Prisində "lNBA Hungarian Grand-Prix 2021" ölkəmizi təmsil etmək üçün komandamız yola düşüb.

MAGAZINEWS.AZ xəbər verir ki, Tatabanya şəhərində keçirilən Natural Bodibildinq və Fitnes üzrə Macarıstan Qran-Prisində "lNBA Hungarian Grand-Prix 2021" ölkəmizi təmsil edən milli komandamızın üzvləri Hakim İsayev "Mens Athletic" kateqoriyasında gümüş, Efsun Məmmədov bürünc medala layiq görülüblər. Sərvan Həsənov isə 4-cü yer ilə kifayətlənib. 

Mens Physique kateqoriyada mübarizə aparan Rüfət Hüseynli də bürünc medala yiyələnib.

Uğurlu çıxışları münasibətilə idmançılarımızı təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq.


TURAL HÜSEYN
MAGAZINEWSAZ