Park Cinema Şahdağda! - FOTO/VIDEO

22-12-2021, 15:10
A+
A-

Park Cinema Şahdağda fəaliyyətə başladı.

MAGAZINEWS.AZ xəbər verir ki, dekabrın 19-da yeni “Park Cinema” kinoteatrının açılışı olub. Bu il 11-ci ildönümünü qeyd edən kinoteatrlar şəbəkəsi, Şahdağ turizm kompleksinə qədər genişlənib.

Bildirək ki, yeni kinoteatrın daxilində ümumi tutumu 100 nəfərdən çox olan iki zal var.

Kinoteatrın açılışı çərçivəsində qonaqlara “Hörümçək adam: Evə yol yoxdur” filmi nümayiş etdirilib.

Tədbir iştirakçıları baş tutan möhtəşəm açılışdan xoş təəsüratlarla ayrılıblar.

Təqdimatdan olan video reportajı və fotoları təqdim edirik: