Hazal Kaya Bakıda!

22-01-2022, 13:46
A+
A-





Azərbaycan tamaşaçısının "Aşkı-memnu" və "Adını Feriha koydum" seriallarındakı yaratdığı obrazlarla tamaşaçıların qəlbində taxt quran Hazal Kaya paytaxt Bakıya üz tutub.

MagaziNews.Az xəbər verir ki, məşhurun Bakıya gəlmə səbəbi çəkildiyi "Benden ne olur?" filmi olub.

 O, "Park cinema İmax" kinoteatrında keçirilən qala gecəsində iştirak edib.

Türkiyəli aktyorlar təqdimatda böyük izdihamla izdihamla qarşılaşıblar. 

Filmin yaradıcı heyəti şəhəri gəzmək imkanlarının az olduğundan gileylənsələr də, xoş təəssüratlarını media nümayəndələrin ilə bölüşüblər.

Hazal Kaya "çox xoşbəxt və həyəcanlı olduğunu, filmlərinin tamaşaçılar tərəfindən necə qarşılanacağını səbrsizliklə gözlədiyini " söyləyib.

Ekran işinin təqdimat gecəsinə H.Kaya ilə yanaşı, yaradıcı heyətin digər aktyorları Enis Arıkan, Selin Şekerci də qatılıb.

Enis Arıkan "Azərbaycana ilk səfərinin olduğunu, şəhəri çox az gəzdiyini bildirib. Milli mətbəximizin ləziz təamlarını bəyəndiyini, xüsusilə də, xəngəlin dadına doymadığını", söyləyib.


TURAL HUSEYN