"Ümidlər puç olanda" filminin təqdimatı keçirilib"

9-10-2018, 14:23
A+
A-

Ötən gün Nizami Kinoteatrında "Ümidlər puç olanda" filminin təqdimat baş tutub.


Magazinews.az xəbər verir ki, ekran işi yeni kino mövsümdə təqdim olunan ilin ilk dram filmidir. Filmdə əsas rolları İzzət Bağırov və Gülşən Hüseynli canlandırıb. Ssenari müəllifi İzzət Bağırovun özünün olduğu filmin icraçı prodüsseri Tahir Şükürovdur. Prodüserlər İzzət Bağırov və Samir Qulamovdur. 

Filmdə əsas obrazlardan birini canlandıran aktrisa Gülşən Hüseynli film barədə təəssüratlarını Magazinews.az ilə bölüşüb: 


"Bu il yerli aktrisaların içində ilk mənəm ki, baş rolda oynadığım üç filmin qala gecəsi oldu. İlk olaraq komediya filmi "Ağ tük", ikinci isə mistik triller olan "Güc sahibi" oldu. Bu gün "Ümidlər puç olanda"- adlı dram janrındakı filmimizi təqdim edirik. Aktrisa hər bir janrda olan filmlərin öhdəsindən gəlməyi bacarmalıdır. Təklif gələndə çox sevindim. Bu filmə də çox böyük həvəslə çəkilmişəm. Baş rolda İzzət Bağırov ilə bərabər çəkildik. Filmin ssenarisi İzzət Bağırova aiddir. Baxıb özünüz qiymət verərsiniz. Filmdə insan həyatında olan tamahkarlıq hər birinin ümidini sonda puç edir. Əsas səbəb pul və tamahkarlıqdır. Mənim üçün filmdə ən ağır səhnələr ölüm olan hissələri idi."


Qeyd edək ki, ağır dram janrında olan filmin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru isə Tural Bağırovdur. Ekran işində Əjdər Zeynalov, Kazım Abdullayev kimi aktyorlar da rol alıb.

 (Tural Hüseyn)


FOTOLAR: Ramin Qurbanov, Zaur Hacıyev