“Park Cinema 2018-ci ili “Qrinç”lə yola saldı” - FOTOLAR

26-12-2018, 16:24
A+
A-

Qrinç “Park Cinema”nın premyerasını oğurlamaq istədi.
“Park Cinema Park Bulvar”da rejissorlar Yarou Çeyni və Skott Moujerin “Qrinç” cizgi filminin qapalı nümayişi keçirilib. Film qonaqlar, xüsusilə uşaqlar tərəfindən çox maraqla qarşılanıb.

Magazinews.Az-ın məlumatına görə, bu, Yeni İl bayramını oğurlamaq istəyən tərbiyəli introvert haqqında bir filmdir. “Qrinç”in özü bu dəfə tanınmış britaniyalı aktyor Benedikt Kamberbetş tərəfindən səsləndirilib.

“Park Cinema” şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyevin açıqlamasına görə, “Qrinç”in nümayişi 2018-ci ilin son premyerasıdır: 

“Bəli, Qrinç Yeni İli oğurlamaq istəyir, amma həmin bayramının rəmzlərindən biridir. Onu həm uşaqlar, həm də böyüklər sevir və mən əminəm ki, biz bunun şahidi olacağıq. Tamaşaçının məmnunluğu bizim ən vacib məqsədimizdir. Amma bu gün biz hər şeyi etdik ki, dostlarımız iki-üç qat daha məmnun qalsınlar. Şadıq ki, premyeramıza azyaşlı uşaqlar da gəlib. Bu onlar üçün bayram şənliklərinin bir başlanğıcıdır. Bu, 2018-ci ildəki sonuncu qapalı premyeramız oldu. Fürsətdən istifadə edərək, Azərbaycan xalqını qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik. Əmin olun ki, biz gələn il də sürprizlər edəcəyik."

Sürprizlər tamaşaçıları lap əvvəlcədən gözləyirdi. Öz ampluasına sadiq qalan Qrinç “Park Cinema” nümayəndələrinin çıxışı zamanı səhnəyə çıxıb, premyeranı “oğurlamağa” söz versə də, sonradan “zərərsizləşdirilib”. Tədbirin sonunda Qrinçin əhval-ruhiyyəsi düzəlib və o, qonaqlarla şəkillər çəkdirib.

75 000 000 ABŞ dollarlıq büdcəyə malik olan “Qrinç”, artıq 422 000 000 ABŞ dolları qazanıb. Ekspertlər film barəsində müsbət fikirdədir, Benedikt Kamberbetçin oyunu isə xüsusi olaraq fərqlənir. “Qrinçin “səs”ini tapmaq üçün mənə 5-6 gün lazım oldu. Qəhrəmanımın özəl səhər adət-ənənələri var. Hamısından olmasa da, bəzilərindən istifadə etdim”, - aktyorun özü bu barədə açıqlama verib.

Azərbaycanda ümumi yayıma “Qrinç” dekabrın 27-dən çıxacaq. Filmin yaş limiti isə 6+dur.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var. “ParkCinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.
Biletləri isə “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Foto: Sübhan İsmayılov