“Cazibə dənizi” “Park Cinema”da başladı" - FOTO/VIDEO

24-01-2019, 17:41
A+
A-

“Park Cinema Flame Towers”-da Stiven Naytın “Cazibə dənizi” filminin qapalı nümayişi keçirilib.

Magazinews.Az xəbər verir ki, baş rollarda Mettyu MakKonaxi ve Enn Hetuey çəkildiyi, tamaşaçıların böyük marağına səbəb olan film 2019-cu ilin ən gözlənilən filmin statusunu daşıyır.

Film artıq “Park Cinema” kinoteatrlarında yayımlanacaq. Qapalı nümayişə Azərbaycan kino sənəntinin nümayəndələri, rejissorlar Emin Mirabdullayev və Samirə Cəfərova, operator Nadir Mehdiyev, səs rejissoru Teymur Kərimov, aktrisa Dəniz Tacəddin və başqaları gəlmişdi.

Şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev yaxında bir neçə maraqlı layihələrin və premyeraların olacağını bildirib:

“İlk növbədə, ayın 26-sı “Park Cinema Flame Towers” və “Park Cinema Metropark”da nümayiş olunacaq koreyalı “BTS” qrupunun film-konsertini vurğulamaq istəyərdim. Azərbaycanda qrupun fanatları kifayət qədər çoxdur, onları konsert zamanı bəzi sürprizlər də gözləyəcək. Yanvarın 29-da “Park Cinema Flame Towers”da musiqiyə aid olan lisenziya və kopirayt məsələləri üzrə maraqlı bir görüş olacaq. “British Council” tərəfindən təşkil olunan tədbirin qonağı britaniyalı mütəxəssis Kris Kuk olacaq. “Musiqi industriyasında, onunla kinoda, marketinq işlərində, televiziyada, anonslarda istifadə edənlər üçün bu görüş böyük bir maraq kəsb edəcək”.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsinin tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.