"Park Cinema"-da dolğun həftə - “Əjdahanı necə öyrətməli-3?” cizgi filmi nümayişi olundu

25-02-2019, 12:08
A+
A-

Park Cinema-da bu həftə üç əlamətdar hadisə olub.

Magazinews.Az xəbər verir ki, iki qapalı nümayiş və səssiz kinonun orkestr vasitəsilə müşayiəti istənilən zövqə malik kino həvəskarları üçün əla hədiyyə idi.

ParkCinema “Flame Towers”-də “Əjdahanı necə öyrətməli-3?” cizgi filminin nümayişi baş tutdu. Bu filmin nümayişi IMAX-da Azərbaycanda bu formatı dəstəkləyən yeganə zalda keçirildi. İkkinq və Bezzubikin macəraları haqqında növbəti seriya xüsusi olaraq feys-artın işlədiyi çoxlu sayda uşağı başına topladı.

Gecənin qonaqları sırasında tanınmış teleprodüser və aparıcı Murad Dadaşov və bir çox tanınmış insanlar qonaq olublar.

Hər iki film cümə axşamı yayıma çıxdılar, onlara Park Cinema.kinoteatrlar şəbəkəsində baxmaq mümkündür.

Fevralın 21-I, cümə axşamı isə Park Cinema Flame Towers-də ParkCinema ilə British Council-un birgə layihəsi çəırçivəsində 1928-ci ildə çəkilmiş “Yeraltı” səssiz filminin nümayişi baş tutub. Film Azər Hacıəsgərlinin rəhbərliyi ilə canlı orkestrlə müşayiət olunurdu. Bu təşəbbüs tamaşaçıların böyük marağına səbəb oldu.

“Ötən ilin sonunda biz söz vermişdik ki, 2019-cu il tamaşaçılarımız üçün sürpriz ili olacaq və biz sözümüzü tutmaqda davam edirik. Qarşıda hələ çoxlu maraqlı şeylər var”, - şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev açıqlama verib.

Qeyd edək ki, Park Cinema - Azərbaycanda ən texnoloji kinoteatrlar şəbəkəsidir. Onun tərkibində FlameTowers-də IMAX 3D, Park Bulvarda LaseR və Metroparkda BirKart Dolby Atmos zalları fəaliyyət göstərir.