“Hakimiyyət” filminin qapalı nümayişi keçirildi

25-02-2019, 13:01
A+
A-

Park Cinema-da bu həftə üç əlamətdar hadisə olub.

Magazinews.Az xəbər verir ki, iki qapalı nümayiş və səssiz kinonun orkestr vasitəsilə müşayiəti istənilən zövqə malik kino həvəskarları üçün əla hədiyyə idi.

Park Cinema Metropark-da baş rolu Kristian Beylin ifa etdiyi rejissor Adam Makkinin “Hakimiyyət” filminin qapalı nümayişi keçirildi. Burada aktyorun qarşısında mühüm məsələ odur ki, ABŞ-ın keçmiş vitse-prezidentini oynamaq, onun karyera yüksəlinişini göstərməkdir. Amerika kinoakademiyasının üzvləri təkcə Beylin deyil, eyni zamanda bütün çəkiliş qrupunun işini qiymətləndiriblər – “Hakimiyyət” bazar günündən bazar ertəsinə keçən gecə baş tutacaq “Oskar” Mükafatının 8 nominasiyasına namizəddir.

Premyeranın xüsusi qonaqları sırasında Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, həmçinin tanınmış teleprodüser və aparıcı Murad Dadaşov oldular.

Hər iki film cümə axşamı yayıma çıxdılar, onlara Park Cinema.kinoteatrlar şəbəkəsində baxmaq mümkündür.

Fevralın 21-I, cümə axşamı isə Park Cinema Flame Towers-də ParkCinema ilə British Council-un birgə layihəsi çəırçivəsində 1928-ci ildə çəkilmiş “Yeraltı” səssiz filminin nümayişi baş tutub. Film Azər Hacıəsgərlinin rəhbərliyi ilə canlı orkestrlə müşayiət olunurdu. Bu təşəbbüs tamaşaçıların böyük marağına səbəb oldu.

“Ötən ilin sonunda biz söz vermişdik ki, 2019-cu il tamaşaçılarımız üçün sürpriz ili olacaq və biz sözümüzü tutmaqda davam edirik. Qarşıda hələ çoxlu maraqlı şeylər var”, - şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev açıqlama verib.

Qeyd edək ki, Park Cinema - Azərbaycanda ən texnoloji kinoteatrlar şəbəkəsidir. Onun tərkibində FlameTowers-də IMAX 3D, Park Bulvarda LaseR və Metroparkda BirKart Dolby Atmos zalları fəaliyyət göstərir.