“Kefli valideynlər” komediyası “CinemaPlus”da

2-04-2019, 15:50
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2019-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunmuş Amerika istehsalı olan “Kefli valideynlər” komediyasının nümayişinə başlayıb.

Magazinews.Az xəbər verir ki, dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əlisəttar Quliyev, baş prodüsser isə Cəfər Axundzadədir.

Filmin Oksana Rəsulova, Vüsal Hacıqədir, Əlixan Rəcəbov, Təranə Ocaqverdiyeva, Rəhim Rəhimov, Rauf Ağakişiyev, Toğrul Rza və Mahir Mirişli səsləndirilməsində iştirak ediblər.

Filmin rejissoru Fred Vulfdur. Baş rollarda məşhur Hollywood aktyorları Salma Hayek və Alek Bolduin çəkilib.

Film haqqında qısa məlumat: "Ailə cütlüyü Frenk və Nensi dostları və qızlarından tam maliyyə iflasını gizlətməyə çalışırlar. Bunun üçün onlar hər şeyə gedirlər, hətta özgəsinin malikanəsini kirayə verirlər. Lakin avantürist cütlük inanılmaz fırıldaqlarını həyata keçirə biləcəklərmi? Axı onların hər bir addımı içmək üçün əla bəhanədir".

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.