“Şazam!” filminin qapalı nümayişi Park Cinemada"

2-04-2019, 20:33
A+
A-

Park Cinema Flame Towers kinoteatrında rejissor Con F.Sandberqerin “Şazam!” sözünü söyləməklə, böyük super qəhrəmana tineycer Billi Betsondan bəhs edən “Şazam!” filminin qapalı premyerası keçirildi.

Magazinews.Az xəbər verir ki, DC dünyasının yeddinci filmi ümumi yayıma 4 aprel tarixində çıxacaq. Tamaşaçılar Park Cinema Kinoteatrlar Şəbəkəsinin IMAX 3D, LaseR və Dolby Atmos zallarında baxa bilərlər. Baş rollarda Zakari Livay (“Böyük ananın evi-2”, “Elvini və burunduki-2 ”) və Eşer Encel (“Endi Mak”, “Niki Riki, Diki və Don”) çəkiliblər.

Həmçinin, Şazam rolunu Dueyn Conson ifa etməli idi. Ancaq fanatların sosial şəbəkələrdə xahişinə görə, o, qara adamı oynadı.

Filmin ümumi büdcəsi isə 80.000.000 ABŞ dolları təşkil edir.

Park Cinema Kinoteatrlar Şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev bildirib ki, “Şazam!” 2019-da hamının səbirsizliklə, gözlədiyi premyeralardan biri idi. Biz şadıq ki, qapaılı nümayişin tamaşaçıları filmə layiqli qiymət veriblər. Bizə vacib idi ki, onlar zalı yaxşı əhval-ruhiyyə ilə tərk etsinlər və gözləntilərimiz özünü doğrultdu. Filmdə çoxlu yaxşı zarafatlar var və onlar yüksək səviyyədə ifa olunub”. Park Cinema “kinoteatr hər kəs üçündür” konsepsiyasını davam etdirəcək. Bu ay Azərbaycanda, Frankofoniya həftəsi çərçivəsində filmlər nümayiş olunacaq. Cədvəl ilə bizim “facebook” səhifəmizdə tanış olmaq olar. Ayın 29-da isə daha bir böyük premyera olacaq – ekrana “Qisasçılar: final” çıxacaq”.

Qeyd edək ki, Park Cinema Azərbaycanda ən texnoloji kinoteatrlar şəbəkəsidir. Onun tərkibinə Flame Towers-dəki IMAX 3D, Park Bulvardakı LaseR və Metroparkdakı BirKart Dolby Atmos zalları daxildir. Yalnız Park Cinema Azərbaycan tamaşaçılarına filmləri IMAX və 3D formatında baxmağa imkan yaradır.

Park Cinema Kinoteatrlar Şəbəkəsində filmlərin seansı üçün biletləri www.parkcinema.az saytına daxil olmaqla, yaxud iOS и Android mobil tətbiqləri vasitəsilə əldə etmək mümkündür.

Foto:Sübhan İsmayılov