“Dalan"da sevişmə səhnəsi diqqət çəkdi - FOTO/VİDEO

4-04-2019, 14:20
A+
A-

Ötən gün Nizami Kino Mərkəzində dram janrında çəkilən növbəti film “Dalan”-nın təqdimatı keçirilib.

Magazinews.Az xəbər verir ki, qala gecədə bir çox tanınmış sənət və şou-biznes nümyəndələri iştirak edib.

Quruluşçu Rejissorunun Elvin Rüstəmzadənin olduğu ekran işində əsas rolları Ziya Ağa və Sevinc Əliyeva canlandırıb.

Bundan başqa, Əməkdara artistlər Rasim Cəfər, Münəvvər Əliyeva, aktyorlar Oktay Mehtiyev, Manaf Dadaşov, Türkay Cəfərli, Kamil Nazim, Arzu Abdul, Şəhla Əliqızı, Etibar İbadullayev və başqaları filmdə rol alan digər aktyorlardır.

Gecənin qəhrəmanları ilk olaraq, qırmızı xalıdan keçid alıblar. Daha sonra aktyorlar media nümayəndələrinin suallarını cavablandırıblar.

Açıq-saçıq səhnələr olan filmdə sevişmə səhnəsi diqqət çəkir. 90 dəqiqəlik ekran işində əsas mövzu xəyanətdir.  Ziya Ağanın ilə Sevinc Əliyeva sevişmə səhnəsi tamaşaçıların marağına səbəb olub. Ekran işində ər və arvad arasında olan problemlər qabardılıb. Əsas qəhrəmanlar Arzu və Yusifin özündən yaşca böyük şəxslərlə ailə qurması nəticəsində yaranmış problemlər cəmiyyətdə baş verən reallığı əks etdirir. Qadına qarşı göstərilən diqqətsizlik sonu xəyaətə gətirib çıxarır. Filmin verdiyi sosial mesajlarla da alqışa layiqdir.

Qeyd edək ki, ssenari müəllifi Səbinə Əhmədlinin olduğu film artıq Nizami Kino Mərkəzin və Park Cinema Kinoteatrlar şəbəkəsində nümayişə başlayıb.


Tural Hüseyn
Fotolar:Sübhan İsmayılov