Amerika Film Festivalı keçirilir

27-04-2019, 16:49
A+
A-

ABŞ-ın Azərbaycandakı Səfirliyi “Park Cinema” ilə əməkdaşlıq edərək, Bakıda ilk “Amerika Film Festivalı”na sponsorluq etməkdən məmnundur. Bütün filmlər 2019-cu il 1-5 may tarixində “Park Cinema Flame Towers”-də nümayiş olunacaq. “İnsan Ruhunun Qüdrəti” filmi tamaşaçıların ixtiyarına veriləcək.

“Aydakı Adam”,”Yaraşıqlı Oğlan”, “Yaşıl Kitab”, “Sevgi ilə, Saymon” və “Bir Ulduz Doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq.

Biletlərin hər biri 2 manatdır. Biletləri www.parkcinema.az saytından və “Park Cinema” kassalarından əldə etmək olar.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə “Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:

Film Həftə Günləri Günlər Vaxt Zal

Aydakı Adam Çərşənbə 1 may 2019 19:00 3 & 4
Yaraşıqlı Oğlan Cümə axşamı 2 may 2019 19:00 & 3
Yaşıl Kitab Cümə 3 may 2019 19:00 & 3
Sevgi ilə, Saymon Şənbə 4 may 2019 19:00 & 3
Bir Ulduz Doğulur Bazar günü 5 may 2019 19:00 & 3

Filmlərin nümayişi isə Alov Qüllələri, Mehdi Hüseyn 1 a ünvanında yerləşən “Park Cinema”da olacaq.

“Amerika Film Festivalı” barədə daha ətraflı məlumatı ABŞ-n Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsinə: www.facebook.com/baku.usembassy ; https://www.facebook.com/watch/?v=2085694978401032 və yaxud “Park Cinema”nın rəsmi veb-saytına: www.parkcinema.az müraciət edərək əldə edə bilərsiniz.