“CinemaPlus”da Şərq gecəsi - VIDEO

27-05-2019, 13:52
A+
A-

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Şərq gecəsi və çoxdan gözlənilən Disney şirkətinin məhsulu olan "Ələddin" filminin nümayişi keçirilmişdir.

Magazinews.Az-ın məlumatına görə, gecədə kinoteatr şərq üslubunda bəzədilib. Dekorda Şərqin bütün atributlarından istifadə olunmuşdur. Qonaqlar kinoteatrın sehrli ab-havasına heyran olub, tədbirdə məmnuiyyətlə, iştirak ediblər.

Filmin nümayişində məşhur ifaçılar, şoumenlər, bloqqer və jurnalistlər qonaq olublar.

Filmin rejissoru Qay Riçidir.

Baş rollarda isə Mena Massud, Naomi Scott, Uill Smit, Billi Maqnussen çəkilib.

Süjetin mərkəzində - Ələddin adında gənc oğru şahzadə xanım Jasmin ilə evlənmək üçün şahzadə olmaq istəyir. Bu vaxt isə Aqrabanın vəziri Cəfər Aqraba üzərində hakimiyyətə yiyələnmək niyyətindədir. Bunun üçün o, möcüzələr mağarasında saxlanılan sehirli lampanı əldə etməyə çalışır. Lampaya icazəsi olan yeganə şəxsi isə “qeyri-məhdud almaz” adlandırırlar və elə həmin adam Ələddinin özüdür.

Tədbirin təşkilində dəstək göstərmişdilər: Light in Black, “Brimix” tərəfindən şou program, dekor şirkətləri Lully`s Events Baku və Strafor kəsim, furşet şirkətləri Basilur və Fresh Azcake, oriyental “Rəqqasə Аygün”, Ideal Perfumery və Arabian Nights kosmetikası, Red Bull, 145 Group.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.