CinemaPlus “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə bayram keçirib

2-06-2019, 15:00
A+
A-

Hər il yayın ilk günü böyük bayram qeyd olunur – "Uşaqların Beynəlxalq Müdafiəsi günü" - Bu, dünyada qeyd olunan ən qədim bayramlardan biridir və “CinemaPlus Gənclik Mall” premium kinoteatrı ənənəni pozmayaraq belə bir sevincli gündə Azərbaycan Uşaqlar Birliyi – uşaq sığınacağından olan balaca tamaşaçılar üçün əyləncəli proqram təşkil edib.

Magazinews.Az-ın məlumatına görə, 60-a yaxın uşaq Ağca və Betmenin iştirakı ilə şou proqramda iştirak etmişdilər. Daha sonra gənc tamaşaçılar 2019-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Sevimli ferma” animasiya filmini izləyiblər.

Animasiya filmini dublyaj edənlər isə Erkin Ergin, Vüsal Hacı-Qədir, Gülnarə Zülalova, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Samir Ələsgərov, Nicat Ələsgərov və Azər Quliyevdir.

Dublyajın rejissoru Samir Ələsgərov, baş redaktor Vüqar Hüseynov, tərcümə və redaktor Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüsser Cəfər Axundzadədir.

Ailəvi animasiya filminin rejissoru isə Lize İ. Osvolldudur.

Animasiya filmi haqqında qısa məlumat: Klara adlı inək şəhərdə yaşayır və böyük ulduz olmaq istəyir. Yay tətilində o fermaya valideynləri gilə qonaq gəlir. Orada o, ən yaxşı kulinar olmaqla fermanı məşhurlandırmaq istəyir. Yerli sakinlər olan dostları: inək – repçi Qutom, toyuq Çikkolini və başqaları ilə birgə işə başlayırlar, lakin kimsə onlara mane olmaq istəyir.

Qeyd edək ki, tədbirin təşkilində uşaq tədbirlərin təşkili ilə məşğul olan “EvensLab” şirkəti dəstək olub.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.