CinemaPlus-da parlaq “Kino Gecəsi” keçirildi

11-07-2019, 02:00
A+
A-

“CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə parlaq “Kino Gecəsi” baş tutub.

Magazinews.Az xəbər verir ki, saat 23:00-dan səhər saat 7-dək qonaqlar üçün “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmlərin nümayişi olunub.

Bütün gecəni səhərədək DJ-in dinamik musiqisi tamaşaçıları əyləndirirdi. Həmçinin tədbirdə furşet, alkoqollu və alkoqolsuz içkilər olub.

Tədbirin təşkilində dəstək olmuşdurlar: Cinema Distribution, “Cinemazadeh” dublyaj studiyası, ENERJI club, Red Bull, Şeh Su və “Carlsberg” pivəsi.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.