Park Cinemadan jurnalistlərə bayram hədiyyəsi

22-07-2019, 12:57
A+
A-

Park Cinema Kinoteatrlar şəbəkəsi daha bir maraqlı təşəbbüsü ilə diqqət çəkib.

Magazinews.Az-ın məlumatına görə, “Milli Mətbuat Günü”-nün 144-cü il dönümü münasibətilə media nümayəndələri üçün iyulun 22-si, “Park Cinema”nın seanslarına giriş "TAM SƏRBƏST" olacaq!

Pulsuz bilet əldə etmək istəyən media nümayəndələri öz iş vəsiqələrini kinoteatrın kassasına yaxınlaşıb öz iş vəsiqəsini göstərməlidirlər.

Vəsiqə etibarlı olmalıdır, üzərində işçinin şəkili, qurumun möhürü və rəhbərin imzası yer almalıdır.  Jurnalistlər istənilən seansa baxa bilərlər.Sərbəst seansların sayı "LİMİTSİZ"dir.


Qeyd edək ki, “Park Cinema” kinoteatrlar şəbəkəsində Azərbaycanın yeganə IMAX və LaseR zalları və Dolby Atmos zalı fəaliyyət göstərir.

Kinoteatrların ünvanı isə “Flame Towers” kompleksi, “Park Bulvar”, “MetroPark” və “Zagulba Mall” AVM-dədir.