“Kral Şir” Park Cinemada

20-07-2019, 20:28
A+
A-

Gözlənilən gecə baş tutdu.

Magazinews.Az xəbər verir ki, “Kral Şir” cizgi filmi 25 il bundan əvvəl bütün dünyada milyonlarla pərəstişkarların ürək və ağlını fəth etmişdi. Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissoruluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat “Kral Şir”ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verdi. 

2016-cı ildə “Disney” elan etdi ki, “Kral Şir”in rimeykini çəkməyə hazırlaşır, rejissor isə Con Favro (“Dəmir adam”, “Dəmir adam 2”, “Cəngəlliklər kitabı”) olacaq. Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi. Aktyor heyətinə gəldikdə isə Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofordur.

Filmin dünya premyerası iyulun 9-da Hollivudda keçirilib, Azərbaycanda isə tamaşaçılar bu filmin nümayişi 18 iyul tarixində baş tutub.

Park Cinema kinoteatrlar şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev bildirib ki, “Biz “Kral Şir”in nümayişinə 18 iyuldan başlayırıq. Həmin gün eyni zamanda IMAX, Dolby Atmos, LaseR и VIP zallarında cəmi 75 seans planlaşdırılıb”.  

Təqdimat gecəsinə bir çox məşhur simalar və media nümayəndələri qatılıb.

Qeyd edək ki, film həvəskarları “Kral Şir”i IMAX formatında ancaq “Park Cinema” kinoteatrlar şəbəkəsində izləyə bilərlər.