Tarantinonun qəhrəmanları “Park Cinema Metropark”da

12-08-2019, 12:49
A+
A-

Tarantinonun qəhrəmanları “Park Cinema Metropark”da “canlandı”lar.

Kult rejissor Kventin Tarantinonun doqquzuncu filminin xüsusi nümayişi günü “Park Cinema Metropark”da keçirildi.

Magazinews.Az xəbər verir ki, nümayişin təşkilatçıları tərəfindən yaradılmış möhtəşəm mühit, Tarantinonun beş filminin qəhrəmanlarının canlandırılması heç bir qonağı, eyni zamanda Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, prodüser-şoumen Murad Dadaşov, bloqqer Taleh Yüzbəyov, aparıcılar Hüsniyyə Məhərrəmova, Könül Arifqızı, prodüser Zəhra Bədəlbəyli, aktrisa Dəniz Tacəddin, idman şərhçiləri Şəmsəddin Abbasov və Rüstəm Əfsərli, rejissor Teymur Hacıyev kimi “ulduzları” da laqeyd qoymadı.

Park Cinema Şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev açıqlamasında bildirib ki, bu nümayişin keçirilməsi üzrə onlar tərəfindən dəqiq və son dərəcə incə iş aparılıb:

“Biz məşqlər keçirirdik və aktyorlardna hər birinin çıxışı barədə düşünürdük, filmlərdən hər biri üçün stend hazırlayırdıq”. Ümid edirik ki, Kventin Tarantinonun pərəstişkarları onun yeni əsərini qiymətləndirəcəklər”.

Qeyd edək ki, “Bir dəfə Hollivud”da filminə IMAX formatında yalnız “Park Cinema” baxmaq mümkündür.

Həmçinin Rüstəm Fətəliyevin sözlərinə görə, yaxın vaxtlarda “Park Cinema Park Bulvar” kinoteatrında səkkizinci zalın açılışı gözlənilir:

“Bu, uşaqlar üçün nəzərdə tutulmuş zal olacaq. Zalın açılışı dəqiq tarixi barədə yaxın vaxtlarda məlumat verəcəyik”.

Tədbirdən fotoları və videonu təqdim edirik: