4 “JOKER” 1 ARADA! “PARK CINEMA”NIN XÜSUSİ NÜMAYİŞİNDƏ!

26-09-2019, 17:43
A+
A-

3 oktyabr tarixində “Park Cinema Flame Towers”da “JOKER” filminin möhtəşəm-xüsusi nümayişi keçiriləcək.

Magazinews.Az xəbər verir ki, 19:30-da start gotürəcək seansdan 1 saat öncə, saat 18:30-da nümayiş qonaqlarının qarşısına hərəsi öz üslubunda, müxtəlif “Joker”lər çıxacaq. İllər ərzində “Joker”in rolunu bir neçə tanınmış aktyor canlandırıb.

Xatırladaq ki, onların arasında Cek Nikolson, Xit Ledjer, Cared Leto və, nəhayət, Xoakin Feniks olub. Hər bir “Joker” ona aid olan filmdən bir səhnəni nümayiş etdirəcək.

Odur ki, əgər siz “Joker”in fanatısınızsa, yenidən bu ab-havaya düşmək istəyirsinizsə, o zaman oktyabrın 3-ü “PARK CINEMA FLAME TOWERS”da keçiriləcək xüsusi nümayişə gəlin!

Qeyd edək ki, xüsusi nümayişin sponsorları bunlardır:

“CARTIER”
“PARIS BISTRO”
“PIZZA HUT”
“FRYDAY BURGERS AND FRIES” (“Joker Burger”ın təqdimatı ilə)
“ŞEH SU”
“MARTINI”
“GƏNCƏ ŞƏRAB”
“BIZON”
“KONSİS”

“Joker”in Azərbaycanda ilk seansları isə oktyabrın 1-i və 2-si MƏHZ “Park Cinema”nın kinoteatrlarında nümayiş olunacaq. Bu xüsusi nümayişdə iştirak etmək üçün oktyabrın 1-i, 2-si və 3-ü “Park Cinema”da göstəriləcək “Joker” filminin İSTƏNİLƏN seansına bileti alıb, özündə saxlamaq və tədbirə gələrkən onu nəzarətçilərimizə göstərmək kifayətdir.

Biletləri almaq üçün https://parkcinema.az/ saytına, yaxud 0125987414 və ya 119 nömrəsinə zəng vuraraq, kinoteatrım istənilən kassasına yaxınlaşaraq kifayətdir.

Bundan əlavə, İOS və ya “Android” üçün mobil tətbiqindən də istufadə etmək olar.