“Əlvida Şmidt” filmi təqdim edildi - VIDEO

27-09-2019, 14:07
A+
A-

Daha bir yerli film tamaşaçların ixtiyarına verilib.

Magazinews.Az xəbər verir ki, Gənclik Mall-da yerləşən "CinemaPlus" premium kinoteatrında “Əlvida, Şmidt” filminin təqdimatı baş tutub. Rejissorunun və prodüserinin Əli Səttar Quliyevin olduğu filmin ssenari müəllifi Rüstəm Babazadədir. Operator Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri isə Lalə Kazımovadır.

Əsas rollarını Əməkdar artist Rasim Cəfər, aktyor Azər Aydəmir, Tiflis Dövlət Akademik Rus Dram teatrının aktrisası Mariam Kitiya canlandırdığı film tragikomediya janrındadır. Digər rollarda aktyorlar Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı Əməkdar artist Zemfira Sadıqova, aktrisa Günel Məmmədova, Əlixan Rəcəbov və başqaları çəkilib.

Ekran işində Xalq artisti Rasim Balayev polis rəisi rolu ilə yadda qalıb.

Filmin yaradıcı heyəti, aktyorlar, media nümayəndələri və bloqqerlər ekran işini seyr ediblər.

Filmdə yaşananlara gəlincə isə əsas qəhrəman Emil Şmidt, daim Almaniyada yaşamağa can atan etnik Xanlar almanlarındandır. Sadə həyat tərzi keçirən Şmidt alman vətəndaşlığı almaq üçün mübarizə aparır. Sosial mesajlarla və komediya səhnələri bol olan film izləyicini darıxmağa qoymur.
Vətənimizin möhtəşəm mənzərələri , rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək! 

Qeyd edək ki, ekran işi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası və “YOL” İlk elmi populyar dərginin dəstəyi ilə çəkilib. 

Tədbirin keçirilməsində “Cinema Distribution”, “Cinemazadeh”, “Taksim kebap” restoranı, “Red Bull” və “Şeh Su” dəstək göstəriblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.