“Pərdə”nin sayca üçüncü filmi təqdim edildi - FOTO/VIDEO

18-10-2019, 16:18
A+
A-

Rejissor Emil Quliyev "Pərdə" və "İkinci pərdə" filmlərinin üçüncü hissəsini tamaşaçıların ixtiyarına verib.

Magazinews.Az xəbər verir ki, Flame Towersda yerləşən Park Cinema kinoteatrının təşkil etdiyi qala gecə rəngli görüntülərlə yadda qalıb.

Təqdimat gecəsində “Sonuncu pərdə” filminin yaradıcı heyətini sənət yoldaşları və həmkarları yalnız buraxmadılar.

Sponsor dəstəyi olmadan çəkilən filmə aktyorların bir çoxu qonararsız çəkiliblər. Ekran işinin çəkilişlərinin başlanmasına az qalmış maliyyələşmə dayanıb. Daha sonra sponsor olmadan çəkilişlərə davam etməyə qərar verilib. Yaradıcı heyət pulsuz avadanlıqlarla təmin edilib.
 
Ekran işində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev kimi aktyorlar rol alıb. Aktyor heyətinin yeganə xanım üzvü Əzizə Həşimovadır. Gənc aktrisanın cəsarətli sevişmə səhnəsi isə diqqət çəkən məqamlardandır.

Filmin senaristi və prodüseri Emil Quliyevin özüdür. Operator işi isə Orxan Abbasova məxsusdur. Sözügedən filmin çəkilişləri Sabunçu qəsəbəsində baş tutub.

Filmə gəlincə isə “Pərdə”nin ilk iki filminin sonuncudan daha güclü olduğunu qeyd edə bilərik. Filmdəki aktyor oyunu isə tamaşaçıda maraq oyadan əsas amil idi.

Təqdimat gecəsindən olan fotoları oxucularımıza təqdim edirik:


Tural Hüseyn