Cem Yılmazın gözlənilən komediyası “CinemaPlus”da

25-10-2019, 18:21
A+
A-

“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler” komediyasının premyerası baş tutub.

Bildirək ki, filmə bir bilet alan tamaşaçılar iki film izləyəcəklər. Ekran işinin birinci seriyası – “Kaçamak” filmi, tətilə çıxan 4 dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir.

İkinci filmdə isə hadisələr bir gəmidə baş verir. “2 arada” adlanan ekran işi Ayzek adlı şəxsin həyatından bəhs edir.

Ayzek rolunu Cem Yılmazın özü ifa edir. Həmçinin, ekran əsərinin rejissorluğu da ona məxsusdur. Filmlərdə baş rolları Türkiyənin tanınmış aktyorları Zafer Algöz, Özkan Uğur canlandırıb.

Hər zaman türk mediasında maraq mövzusu olan Cem Yılmaz filmlərindən bu dəfə də gözləntilər var. İzləyici rekordu qıran Yılmaz filmləri uğurunu təzəliyə biləcəyini zaman göstərəcək. Cem Yılmaz fanatları filmi bəyənmə mövzusunda ikiyə ayrılmış vəziyyətdədirlər.

Tədbirin keçirilməsinə sponsor dəstəyini “Cinema Distribution” və “Şeh Su” göstərib.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.